Hindistanda polis bölməsində partlayış: ölənlər var | VİDEO

   Hindistanda polis bölməsində partlayış:    ölənlər var | VİDEO
  15 Noyabr 2025    Oxunub:530
Hindistanın Novqam şəhərində polis bölməsində baş verən partlayış nəticəsində ölənlərin sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, “NDTV” telekanalının məlumatına görə, partlayış nəticəsində ən azı 7 adam həlak olub, 27 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

“Partlayış məhkəmə-tibb ekspertləri bölmədə saxlanılan partlayıcıları yoxlayarkən baş verib”, - telekanal bildirir.

Daha əvvəl hadisənin rəsmi binalara adi yoxlama zamanı baş verdiyi, partlayış dalğasının polis bölməsinin ərazisində yerləşən bir neçə xidməti avtomobilə ziyan vurduğu açıqlanmışdı.
Dünən Hindistanda əczaçılıq fabrikində baş verən daha bir partlayış nəticəsində 2 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Hüquq-mühafizə orqanları həmçinin noyabrın 10-da Hindistanın paytaxtı Nyu-Dehlidə baş verən partlayışı terror aktı kimi araşdırır. Həmin partlayışda 13 adam ölüb, 24 nəfər isə yaralanıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Hindistan   partlayış  



Xəbər lenti